Youtube istifadəçi sayını açıqladı | Banco.az

Youtube istifadəçi sayını açıqladı

YouTube istifadəçilərin sayını artırmaqla inkişaf sürətini davam etdirir. YouTube CEO'su Susan Wojcicki platformanın sürətlə artdığını göstərən bəzi rəqəmləri açıqladı.

Video məzmun platforması YouTube istifadəçi məlumatlarını yayımladı. Son illərdə daha da populyarlaşan YouTube tərəfindən açıqlanan yeni məlumatlara görə platforma istifadəçilərinin sayı sürətlə böyüməyə davam edir.

YouTube CEO-su Susan Wojcicki'nin paylaşdığı rəqəmlərə görə YouTube aylıq 2 milyard istifadəçiyə çatdı. Qeyd edək ki, bu rəqəm yalnız YouTube-da daxil olan (sign in) istifadəçiləri əhatə edir. Ötən ilin eyni dövründə istifadəçilərin sayı 1,8 milyard idi. Bu məlumatlara görə YouTube-un təxminən 200 milyon aktiv istifadəçisi var.

Ən sərfəli kredit üçün müraciət et

Wojcicki paylaşdığı hesabatda ayrıca televiziya üzərindən YouTube istifadəsinin aylıq 250 milyon saata çatdığını söylədi. Keçən il bu rəqəm təxminən 180 milyon saat idi.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et