YouTube-dan növbəti yenilik gözlənilir | Banco.az

YouTube-dan növbəti yenilik gözlənilir

“YouTube” istifadəçiləri öz səhifələri üzərində daha çox nəzarət etmək funksiyası əldə edəcəklər.

Bu haqda şirkətin rəsmi bloqunda məlumat yayılıb.

Məlumatda qeyd edilir ki, bütün kanalları tövsiyə olunanlar bölməsindən silmək mümkün olacaq.

Bunun üçün videonun yanında 3 nöqtəyə basmaq və “bu kanalı tövsiyə etməyin”i seçmək lazımdır. Tövsiyə olunan videoda izahla bağlı bloq olacaq. Burada göstəriləcək ki, niyə bu çarx tövsiyələr bölməsinə daxil olub.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin istifadəçilərin əsas səhifəsində mövzular üzrə videoların axtarış bölməsi olacaq. Axtarış bölməsi əsas səhifənin yuxarısında yerləşəcək.

Xatırlatmaq yerinə düşər ki, dəyişikliklər ilk növbədə mobildə, daha sonra isə “YouTube”un deskop versiyasında çıxacaq.

Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et