Google, YouTube reklamları üçün yeni funksiya təqdim edib. Bu yeniləmə ilə istifadəçilərə onları narahat edən reklamları bloklamaq hüququ veriləcək.
Bu yolla istifadəçilər maraqlı olmayan reklamları süzgəcdən keçirə biləcəklər.
İlk dəfə ABŞ istifadəçilərinin ixtiyarına veriləcək funksiyaya görə, alkoqol və qumar reklamlarını tamamilə bloklamaq mümkün olacaq. Alkoqol və qumar reklamlarından tamamilə xilas olmaq mümkün olmasa da, bu seçimi edən istifadəçilər belə reklamları daha az görəcəklər.
Qeyd edək ki, YouTube reklam bloklama xüsusiyyətini yalnız ABŞ-da istifadəyə verəcək Google şirkəti 2021-ci ilin əvvəllində onu bütün dünya üçün aktivləşdirməyi planlaşdırır.
Ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!