“YouTube” bu funksiyanı ləğv edir | Banco.az

“YouTube” bu funksiyanı ləğv edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“YouTube” platforması hekayə funksiyasını ləğv edir.

Banco.az xəbər verir ki, məşhur video-yayım platforması “YouTube Stories” funksiyasını deaktiv edərək “Shorts” videolara fokuslanmağa qərar verib.

“YouTube” 2018-ci ildə istifadəyə verdiyi “YouTube Stories” funksiyasını ləğv etmək qərarına gəldiyini açıqlayıb. Bununla da, istifadəçilər artıq 26 iyundan etibarən platformada hekayələr paylaşa bilməyəcək və daha əvvəl yüklənmiş sonuncu hekayələr də yeddi gündən sonra yox olacaq.

Qeyd edək ki, “YouTube”a görə, platformanın “Shorts” və “YouTube Stories” funksiyaları müqayisə edildikdə məzmun istehsalçılarının “Shorts” qısa videolarından istifadə edərək daha çox abunəçi qazanmaq şansı əldə etdikləri bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et