YouTube-a rəqib olacaq platforma yaradılacaq | Banco.az

YouTube-a rəqib olacaq platforma yaradılacaq

2020-ci ildə Rusiyada YouTube-a rəqib olacaq platforma yaradılacaq.

“Mail.Ru Group” şirkəti öz video xidmət şəbəkəsini yaradacağını bildirib.

Şirkətin baş direktoru Boris Dobrodeyev bildirib ki, yaradılacaq yeni video platforma ilə  YouTube-un başlıca rəqibinə çevrilmək niyyətindədirlər.

Şirkət rəhbəri qeyd edib ki, yeni video xidməti şəbəkəsi istifadəçilərin maraqlarına uyğun videomaterialları özündə əks etdirəcək.

“Biz “time sepnt” tapşırığını ən yüksək səviyyədə icra edəcəyik. YouTube-un ən əsas rəqibinə çevrilmək və sosial qrafik xaricində istehlak olunan məzmunun sayını artıracağıq”, — deyə Dobrodeyev əlavə edib.

Ted.az