"YouTube" 2022-ci ilin ən məşhur videolarının siyahısını təqdim edib | Banco.az

"YouTube" 2022-ci ilin ən məşhur videolarının siyahısını təqdim edib

Müəllif - Aida İsaq, Banco.az

"YouTube" platforması 2022-ci ilin ən məşhur videolarının adlarını açıqlayıb.

Banco.az xəbər verir ki, xərçəngdən dünyasını dəyişən 23 yaşlı Technoblade adlı (əsl adı Aleks) videoblogerin videomüraciəti birinci yerdə qərarlaşıb. “YouTuber”in ölümündən sonra atası pərəstişkarları üçün onun son mesajını oxuyub. 

“Əgər buna baxırsansa, deməli, mən ölmüşəm. Daha 100 həyatım olsaydı, onların hər birində yenidən Technoblade olmaq istərdim ".

İkinci yerdə aktyor Uill Smitin bütün dünyanın gözləri qarşısında aparıcı Kris Rokun üzünə vurduğu şillənin yer aldığı videoçarx qərarlaşıb. Aparıcının Oskar gecəsində Uill Smitin həyat yoldaşı haqqında xoşagəlməz zarafat etməsi aktyoru özündən çıxarmışdı. Üçüncü sırada isə 2022-ci ildə kimliyini açıqlayan və ilk dəfə üzünü göstərən Dream ləqəbli ilə Minecraft yayımçısının videosu yer alır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et