Yoluxma sayının artması nefti ucuzlaşdırdı | Banco.az

Yoluxma sayının artması nefti ucuzlaşdırdı

Tamara Mustafayeva, Banco.az

Neft yoluxma sayının artmasına dair narahatlıqlar səbəbindən ucuzlaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Hindistan və Kanadanın enerji istehlak regionlarında pandemiyanın geniş vüsət alması və OPEC+ tərəfindən növbəti aylarda neft hasilatının artırılmasına dair məlumatların fonunda ucuzlaşıb.

ABŞ xam neftinin (WTI) may fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,3% geriləyərək bir bareli 59.62 dollara enib. 

Brent markalı neftin iyun fyuçersi isə London əmtəə birjasında 0,3% dəyər itirməklə bir bareli 63 dollar səviyyəsinə qədər ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et