Yoluxma sayı daha da çoxalarsa, sərt karantin qaçılmaz ola bilər | Banco.az

Yoluxma sayı daha da çoxalarsa, sərt karantin qaçılmaz ola bilər

Son günlər ölkədə COVİD-19-a yoluxma sayında artım müşahidə edilir. Yoluxma sayı daha da çoxalarsa, yenidən sərt karantin rejiminin tətbiqi qaçılmaz ola bilər.

Bunu  həkim-infeksionist Ləman Qaimova deyib.

Onun sözlərinə görə, ölkəmizdə COVİD-19-a qarşı vaksinasiya başlasa da, bəzi insanlar bu prosesə cəlb olunmaq istəmirlər.

Hazırkı dövr üçün vaksinasiyanın zəruri bir proses olduğunu xatırladan L.Qaimova bunu da əlavə edib ki, qaydalara riayət etməyən insanlar da yoluxma sayının artmasına təkan verirlər:

"Bəzi insanlar toplum şəklində restoranlarda toplaşırlar, toplum şəklində gəzirlər. Qarşıdan hamımızın sevdiyi Novruz bayramı gəlir. Bu bayramda qohumlarımızı ziyarət etmək ənənə olsa da, bu il buna əməl etməməyi tövsiyə edirəm. Məsləhətim odur ki, virusun yayılmasını nəzərə alaraq, qonaq getməyin, restoranlara yığışmayın, sosial məsafə qaydalarına riayət edin, maskadan istifadə edin, ən əsası da vaksinasiya olunun. Karantin qaydalarının sərtləşdirilməməsi üçün vətəndaşlarımıza qaydalara riayət etməyi məsləhət görürəm".

Ən sərfəli kredit üçün müraciət et

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et