Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin birinci yarısında 20 sığorta şirkətinin xətti ilə 648,945 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 157,340 min manat və ya 32% çoxdur.
Hesabat dövründə yığımlarını ən çox artıran sığorta şirkətləri AzərSığorta, Ata Sığorta, Aqrar Sığorta və Meqa Həyat Sığorta olub.
Şirkətlərin yığımlarının məbləği isə müvafiq olaraq 15,1 milyon manat, 5,4 milyon manat, 13,2 milyon manat və 1,9 milyon manat olub.
Həmçinin oxu:
Sığorta şirkətlərinin yığımlarının dinamikasına görə renkinqi (I yarımil, 2023)
Azərbaycanda 3 sığorta şirkətinin ödənişləri 10 mln. manatdan çox olub
Bizi sosial şəbəkələrdən izləyin!!