Yığılmış sığorta haqlarının məbləği 4,2 faiz artıb | Banco.az

Yığılmış sığorta haqlarının məbləği 4,2 faiz artıb

Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinın nəticələrini açıqlayıb. Məlum olub ki, ilk 3 ayda onlar 201,2 milyon manat məbləğində sığorta haqları toplayıblar. Sığorta ödənişlərinin məbləği isə 46,2 milyon manata çatıb. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2019-cu ilin ilk 3 ayında yığılmış sığorta haqlarının məbləği 4,2 faiz (8,1 milyon manat) artıb. Könüllü sığorta bazarı üzrə haqlar 130 milyon manat, ödənişlər isə 29,9 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 71,2 milyon manat, ödənişlər isə 16,3 milyon manat olub.

2019-cu ilin yanvar-mart aylarında sektor üzrə məcmu sığorta haqlarının 64,6 faizi könüllü, 35,4 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 64,7 faizi könüllü, 35,3 faizi icbari sığorta növləri hesabına formalaşıb. Könüllü sığorta haqlarında artım ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2019-cu ilin yanvar-mart ayında tibbi sığorta 19,5 faiz (9,3 milyon manat), icbari sığorta haqlarında isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta 54,9 faiz (4,6 milyon manat) artıb.

2019-cu ilin yanvar-mart ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

 

2019-cu ilin yanvar-mart ayları üzrə hesablanmış
sığorta haqları və sığorta ödənişləri haqqında
M Ə L U M A T
(təcili məlumatlar əsasında)

 

Sığortaçının adı Sığorta Haqları Sığorta Ödənişləri
1 "Amrah Sığorta" Açıq Səhmdar Cəmiyyəti 90,5 55,0
2 "A-Qroup Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti 1737,0 2010,9
3 "AtaSığorta" Açıq Səhmdar Cəmiyyəti 5374,5 3477,6
4 "Atəşgah Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 9285,6 2705,0
5 "Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 10528,7 4546,0
6 "AXA MBASK" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 962,1 2085,2
7 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 31689,6 2953,0
8 "Azərbaycan Sənaye Sığorta" Açıq Səhmdar Cəmiyyəti 1464,4 306,8
9 "AZSIĞORTA" Açıq Səhmdar Cəmiyyəti 3099,9 1217,2
10 "Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyəti 175,3 22,0
11 "Günay Sığorta" Açıq Səhmdar Cəmiyyəti 730,2 528,2
12 "İpək Yolu Sığorta" ASC 6836,5 46,7
13 "Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyəti 8624,3 677,6
14 "Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyəti 79,4 0,9
15 "Paşa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti 39673,0 12489,0
16 "Paşa Sığorta" Açıq Səhmdar Cəmiyyəti 64468,6 9043,8
17 "Qala Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 2579,3 637,8
18 "Qala Sığorta" Açıq Səhmdar Cəmiyyəti 5626,0 527,5
19 "Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyəti 557,4 83,1
20 "Standard Insurance" Açıq Səhmdar Cəmiyyəti 1892,7 858,9
21 "Xalq Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti - -
22 "Xalq Sığorta" Açıq Səhmdar Cəmiyyəti 5698,9 1962,1
  YEKUN 201174,1 46234,4

Ən sərfəli kredit üçün müraciət et