Yevda Abramov manatın məzənnəsindən danışıb | Banco.az

Yevda Abramov manatın məzənnəsindən danışıb

“Biz 2017-ci ili adlaya bilsək, 2018-ci il bizim ümumdaxili məhsulumuz artacaq. Manat öz layiqli yerini tuta bilər. Hər şey kadrların səriştəliliyindən asılıdır. 2017-ci ildə Azərbaycanda çox şeyi kadrlar həll edəcək. Əgər kadr yerindədirsə, tutduğu vəzifəyə layiqdirsə, Azərbaycanı bu bəlalardan xilas edə bilər”.

Bu sözləri müsahibəsində Milli Məclisin deputatı Yevda Abramov deyib.

Onun sözlərinə görə, prezident gələn ilin əvvəlində özünün vəd etdiyi, mesajını verdiyi bir sıra dəyişiklikləri edəcək və islahatlara doğru gedəcəyik və biz artıq gələn ilin ikinci yarısında hökumətin hesabatında cənab prezidentin məruzələrində mənim bu gün dediklərimi oxuya biləcəyik.

O, həmçinin ölkədə üzən məzənnəyə keçidin mümkün təsirləri barəsində də danışıb:

“Üzən məzənnəyə keçmək asan deyil, bunu başa düşmək lazımdır. Bunun yolları var və Rusiya, Qazaxıstan kimi ölkələr bu yolu gedir. 

Ən sərfəli kredit üçün müraciət et

Xalq özü də hazır olmalıdır. Amma yenə deyirəm, bizim başqa yolumuz yoxdur. Biz manatı sərbəst buraxmalıyıq. Süni yolla nəfəs verməklə xəstəni 1-2 gün yaşatmaq olar. Düşünürəm ki, gələn il manat üzən məzənnəyə keçəcək və uzağı ikinci kvartalda manat bir yerdə duracaq və real məzənnəsini tapacaq.

Bazara külli miqdarda pul buraxmaq olmaz. Parlamentdə çıxışımdan sonra cənab prezidentin göstərişi ilə bank rəhbərləri vəzifələrindən azad olundu, qara bazarda insanlar böyük pullarla yaxalandılar. 

Mediyaya inansaq, məmurlardan biri 100 milyon dolları xaricə çıxarıb. Necə çıxarıb, necə baş verib ki, biz qanunda göstəriləndən artıq pul çıxara bilmirik, o isə 100 milyon dolları çıxarda bilib. Ona görə də xalqın üzərinə də iş düşür. Xalqda bir vətənpərvərlik, təpər olmalıdır”, - deyə deputat müsahibəsində qeyd edib.

Mənbə: Lent.az