"Yeriyən" şəhər | Banco.az

"Yeriyən" şəhər

Özünüzü böyük ayaqları ilə daha gözəl iş və resurslar axtarmaq üçün istənilən istiqamətə hərəkət edən mobil şəhərdə yaşayan təsəvvür edin. Sizin poçt indeksiniz tez-tez dəyişəcək, çünki nəhəng meqapolislə dünyanı gəzmək olar.

Bu, absurd konsepsiya kimi görünə bilər, lakin Madriddə 35 yaşlı tələbə-arxitektor Manuel Domingez belə bir ideya irəli sürüb. 

M.Domingezin ideyasına görə, şəhər tırtıllı təkərli "ayaqlar" üzərində olacaq və istənilən vaxt istənilən yerə "gedə" biləcək: "Mən maddə və enerji arasında ərazi idarəetməsini layihələndirmək istədim. Bu, çox böyük müsbət effektlər gətirəcək. Məsələn, kənd və şəhər əhalisini tarazlaşdırmaq, ətraf mühitin müdafiəsi, yeni iş yerlərinin yaradılması".

Ən sərfəli kredit üçün müraciət et

Yeriyən meqapolis layihəsi "Çox böyük struktur" adlanır. Onda bütün böyük şəhərlərdə mövcud olan infrastrukturu - idman tikililəri, universitetlər, restoranlar, xəstəxanalar, kitabxanalar və s.-i tapmaq olar. Şəhər 5 min insan üçün nəzərdə tutulub. Bütün konstruksiya isə 400 min ton ağırlığında olacaq.

Mənbə: trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et