YENİLİK:Torpaq vergisinin hesablanması asanlaşıb | Banco.az

YENİLİK:Torpaq vergisinin hesablanması asanlaşıb

Vergilər Nazirliyi tərəfindən Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslərin və müəssisələrin torpaq vergisinin hesablanması üçün zəruri olan torpağın təyinatı, coğrafi baxımdan yerləşdiyi ərazi, keyfiyyəti, torpaq vergisinin dərəcəsi və güzəşt hüququ kimi məlumatlara əsasən, torpaq vergisinin hesablanma mexanizmini özündə əks etdirən hesablayıcı-kalkulyator hazırlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu barədə Nazirlikdən məlumat verilib.

“Xidmətdən istifadə etmək üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsində hər hansı formada qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstənilən şəxs proqramı öz şəxsi kompüterinə yükləməklə sərbəst şəkildə istifadə edə bilər”, - deyə məlumatda vurğulanıb.

©APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et