Telegraph saytı bazarda bir müddət aşağı göstəricilər göstərmiş və hətta yox olma səviyyəsinə gəlmiş, lakin daha sonra yenidən dirçəlmiş brendləri bir yerə toplayıb.
Sizlərə həmin brendləri təqdim edirik:
Nokia
90-cı illərdə dünyanın ən böyük mobil telefonu istehsalçısı olan Nokia, 2012-ci ildə ağıllı telefon bazarında maliyyə çətinliklərinə göə rəqiblərinə nəzərən geridə qaldı. 2012-ci ilin son rübündə Microsoft əməliyyat sistemli ağıllı telefonlarını itehsal etdi və daha sonra bütün strategiyasını bu məhsula görə təyin etdi.
Tiffin
1985-ci ildən 2003-cü ildə qədər rəflərdə öz yerini qoruyan kişmişli bu məşhur bisküviti İngilis şokolad firması Cadbury ən yaxın vaxtda yenidən istehsal edəcəyini bildirdi.
Trio
McVitie 13 il əvvəl istehsalını dayandırdığı Trio şokaladını uğurlu sosial media kampaniyası ilə geri qaytardı.
VW Beetle
VW Beetle-in istehsalı 1986-ci ildə dayandı, 1998-ci ildə isə retro modasına uyğun olaraq yenidən bazara çıxdı.
Moleskine
Ötən iki əsrdən bəri Van Qoq, Picasso, Ernest Hemingway, Bruce Chatwin kimi bir çox Avropalı sənətkar tərəfindən istifadə edilən bu dəftərlərin 1986-ci ildə istehsalı dayandı, lakin bir müddət sonra yenidən istehsala başlanıldı.
Polaroid
Amerikalı fotoqrafiya şirkəti Polaroid, 2008-ci ildə iflas olduğunu açıqladı, lakin retro modası Polaroid-ə olan marağı artırdığı üçün, Hollandiyada bir marka yenidən Polaroid film çıxarmağa başladı.
Apple
1985-ci ildə Steve Jobsun ayrılmasıyla zəifləyən texnologiya nəhəngi, 1997-ci ildə Jobsun geri qayıtması ilə bazar gücünü yenidən qazandı.