Tamara Mustafayeva, Banco.az
Yeni Zelandiyada inflyasiya ilin II rübündə qeydə alınan 32 illik maksimumdan bir qədər geriləyib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Yeni Zelandiya Statistika Bürosunun yaydığı bəyanata görə, ilin III rübündə istehlak qiymətləri 7,2 faiz artıb. Analitiklərin proqnozu isə əvvəlki rübdə 7,3 faiz olan göstəricinin 6,5 faizə enəcəyi idi.
Bu, 1989-cu ildə Yeni Zelandiya Ehtiyat Bankı Qanununun qüvvəyə minməsindən qısa müddət sonra baş verən 1990-cı ilin iyun rübündəki 7,6 faizlik artımdan sonra ikinci ən böyük artım idi. Qanun ortamüddətli perspektivdə qiymətlərin ümumi səviyyəsində sabitliyi qorumaq üçün 1990-cı ilin fevralında qəbul edilmişdi.
Qeyd edək ki, inflyasiya artımının əsas səbəbi tikinti qiymətləri və mənzil-məişət xidmətləri ilə bağlı olub. Növbəti yerdə isə 19%-lik artımla benzin qiymətləri gəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!