Müəllif: Tamara Mustafayeva, Banco.az
Yeni Zelandiya 2024-cü ilin birinci rübündə yenidən artım fazasına qayıdıb.
Banco.az xəbər verir ki, Yeni Zelandiya Statistika Bürosu (Stats NZ) açıqlamasında ölkədə ümumi daxili məhsulun mart ayında baça çatan ilin birinci rübündə 0,2 faiz artdığını bildirib. İqtisadçılar 0,1 faiz artım gözləyirdilər.
2023-cü ilin dekabrında başa çatan ötən ilin sonuncu rübündə isə 0,1 faiz azalma qeydə alınmışdı.
ÜDM əvvəlki rüblə müqayisədə də 0,3 faiz artaraq 0,2 faiz olan proqnozları üstələyib.
Xatırladaq ki, Yeni Zelandiyada inflyasiyanın yenidən nəzarət altına alınması üçün mərkəzi bank faiz dərəcəsini 2008-ci ildən bəri ən yüksək səviyyə hesab edilən 5,5 faiz səviyyəsində saxlayıb. Ölkədə güclü immiqrasiya və turizmin bərpası iqtisadi fəaliyyəti dəstəkləsə də, yüksək borclanma xərcləri istehlakçı xərclərini və biznes investisiyalarını məhdudlaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!