Tamara Mustafayeva, Banco.az
Yeni Zelandiya Mərkəzi Bankı ardıcıl 5-ci iclasında faiz dərəcələrini yarım bənd artırmağa qərar verməklə yanaşı, faiz artımlarının davam edəcəyinin də siqnalını verib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, bank siyasət faizini yarım bənd artıraraq 3,50 faizə çatdırıb. Bloomberg sorğusunda iştirak edən iqtisadçıların gözləntiləri də məhz bu istiqamətdə idi.
Xatırladaq ki, Yeni Zelandiya Mərkəzi Bankının bu sərtləşdirmə prosesi 1999-cu ildən bəri ən aqressiv proses kimi qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!