Araşdırma: Gülnar Əhmədli
Bu məqaləmizdə kvadrat metrinin qiyməti 2 700 manatdan yüksək olan və tikintisi hazırda davam edən kompleksləri araşdırmışıq.
Qiyməti 2 700 manatdan aşağı olan binalar bu məqaləmizdə: Yeni tikili binalarda mənzillərin qiyməti – Araşdırma
Banco.az-ın araşdırdığı premium yaşayış kompleksləri arasında hazırda mənzillərin kvadrat metrinin başlanğıc qiyməti 2 700 manatdan 11 050 manata qədərdir. Qiymətlərlə tanış olmaq üçün siyahımıza nəzər sala bilərsiniz. Araşdırdığımız yeni tikililər bunlardır: Luxe Home, Boulevard Palace, Park Residences 3, Parktown Residence, Shirvanshahlar Residence, SkyHome, City Garden, Palazzo Del Mare, Lighthouse 2, Prime Residences, Marina Village, Gardens Residences, Arabian Ranches, Bahar Residence, Polo Residences, Park Residences 2, Harbour Residence, Woodville, Bakı Bağları, White Residences, Tac Residence, Yacht Club Residence, Caspian Dream Liner. Ötən illə müqayisədə premium olaraq hesab etdiyimiz komplekslərdə 300-400 manata kimi artım var.
Onu da qeyd edək ki, siyahıda yalnız başlanğıc qiymət qeyd edilib. Bu qiymətlər mənzilin sahəsindən aslılı olaraq dəyişir. Qeyd edilən nömrələrlə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!