Daşınmaz əmlak bazarı iqtisadiyyatın çevik və dinamik sahələrindən biridir. Bu dinamiklik günü-gündən tikilən binaların sayının artmasına gətirib çıxarır. Yaşayış binalarının sayının daim artmasına baxmayaraq, istər təkrar mənzil bazarında, istərsə də ilkin mənzil bazarında qiymətlər artmaqdadır.
Banco.az Bakıda daha sərfəli qiymətləri olan və hazırda tikintisi davam edən yaşayış komplekslərindəki mənzillərin 1 kvadrat metrinin qiymətini araşdırıb. Araşdırmamıza görə, hazırda tikintisi davam edən binalarda mənzillərin kvadrat metrinin başlanğıc qiyməti 850 manatdır. Qiymətlərlə tanış olmaq üçün siyahımıza nəzər sala bilərsiniz. Siyahıda yalnız başlanğıc qiymət qeyd edilib. Onu da qeyd edək ki, binalardakı evlərin qiyməti onun sahəsinə, yerləşdiyi məkana və bu kimi digər xüsusiyyətlərinə görə dəyişir. Qeyd edilən nömrələrlə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərsiniz.
Kvadrat metrinin qiyməti 2 500 manatdan yuxarı olan mənzillər premium olaraq götürülüb. Ətraflı: Yeni tikili yaşayış komplekslərində qiymətlər nə qədərdir?
Araşdırma: Gülnar Əhmədli
Bizi sosial şəbəkələrdən izləyin!!