Yeni texnologiya ilə bütün iPhone-ları hack etmək mümkündür! | Banco.az

Yeni texnologiya ilə bütün iPhone-ları hack etmək mümkündür!

İsrailin “Cellebrite” şirkətinin texnologiyaları “Apple”ın iOS 11 əməliyyat sistemi ilə çalışan istənilən cihazından məlumatları çıxartmağa imkan verir.

    Şirkətin yeni texnologiyaları hətta ən son iPhone (iPhone 8 və iPhone X) modellərinin də şifrələrini təyin edə bilir. Bəzi məlumatlara görə şirkətin texnologiyalarından artıq bütün dünya üzrə dövlət orqanları və hətta ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi də istifadə edir. Qeyd etmək lazımdır ki, məhz 2016-cı ildə bu şirkətin texnologiyalarıFBI-ya San Bernardinyo şəhərindəki terrorçunun iPhone modelindəki məlumatları çıxartmaqda yardımçı olmuşdu. Şirkətin yeni texnologiyaları barəsindəki məlumatı Forbes bildirib.

    Forbes tərəfindən tapılmış şirkət sənədlərində qeyd olunub ki, “Cellebrite” Apple iOS ilə çalışan istənilən cihazı hack edə bilir. Məlumata görə keçən ilin Noyabr ayında ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi iPhone X smartfonunu “Cellebrite” şirkətinin texnologiyaları vasitəsilə hack etmişdi. Sözügedən əməliyyat sistemi ilə çalışan köhnə model cihazlar da hack olunmaqdan qorunmurlar. Sənədlərdəki məlumata əsasən iOS 5 və ondan sonrakı versiyalarda çalışan istənilən “Apple” cihazını hack etmək mümüknüdür.

Ən sərfəli kredit üçün müraciət et

    Lakin keçən ilin Sentybar ayında təqdim olunmuş iOS 11 əməliyyat sistemi “Apple”ın ən güvənli şəkildə qorunan əməliyyat sistemi hesab olunur. Hətta bir çox proqramçılar da onun qəliz şəkildə hack olunduğunu bildiriblər. Forbes-un məlumatına əsasən şifrə ilə qorunan iPhone cihazının hack olunmasının dəyəri 1500$ təşkil edir. Bütün proses isə şirkətin laboratoriyasında baş verir. iPhone və iPad modelləri həmin laboratoriyaya öncədən göndərilir. Lakin görünür, şirkət yalnız ənənəvi təhlükəsizlik üsullarını hack edə bilir. Belə ki, şirkət sənədlərində biometrik şifrələrin hack olunması barədə heç bir məlumata rast gəlinməyib.

Technote.az

Ən sərfəli krediti almaq üçün müraciət et