Yeni strateji dövrdə ABB qarşısına hansı əsas hədəfləri qoyub? | Banco.az

Yeni strateji dövrdə ABB qarşısına hansı əsas hədəfləri qoyub?

"Yeni strateji dövrdə ABB-nin əsas hədəfləri seqmentlər üzrə bazar liderliyi, data əsaslı rəqəmsal təcrübə, üstün müştəriyönümlülük və maliyyə sektorunun ən yaxşı işəgötürəni olmaqdır. Yeni strategiyamızda bütün  strateji hədəflərə çatmaq üçün 58 təşəbbüs və yüzlərlə layihə həyata keçirməyi nəzərdə tutmuşuq".

Banco.az xəbər verir ki, bunu ABB-in İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.

Abbas İbrahimov qeyd edib ki, biz özümüzü ölkənin ən böyük universal bankı kimi mövqeləndiririk:

"Yəni ABB bu gün bütün müştəri seqmentlərinə xidmət edir. Təhlillərimiz, bazar araşdırmalarımız onu göstərir ki, son dönəmdə ölkəmizdə bizneslərin şəffaflaşma meylləri, rəqəmsallaşma tendensiyası kiçik bizneslərin yeni ehtiyaclarını ortaya çıxarmaqdadır. Onlar üçün rəqəmsal kanallar üzərindən yeni xidmət modelinin yaradılmasına qərar vermişik. Nəzərdə tutduğumuz model sadə və göz oxşayan müştəri təcrübəsi ilə kiçik bizneslərin gündəlik bank əməliyyatlarını, əvvəldən sona rəqəmsal kreditləşmələrini, müxtəlif ödəniş alətlərini və hətta həyatlarını asanlaşdıracaq “Beyond banking” həllərini də əhatə edəcək. Getdikcə şəffaflaşan kiçik bizneslərə yeni dəyərlər yaradaraq rəqəmsal platformamıza gətirmək istəyirik. Bu yenilik ölkəmizdə sahibkarlığın inkişafına kömək göstərəcək. Kiçik bizneslər üçün maliyyə resurslarını daha əlçatan edəcək".

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et