2025-ci ildə Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 28 mlrd. 162 mln. manat olub ki, bu da 2024-cü illə müqayisədə 3,6 mlrd. manat, yaxud 14,8 faiz çoxdur.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, indiyədək ölkə ərazisində 110.518 ədəd belə yeni nəsil NKA quraşdırılıb.
