2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının vasitəsilə qeydə alınan dövriyyə 8 milyard 246,9 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 805,8 milyon manatdan, yaxud 10,8 faizdən çoxdur.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.
Qeyd edilib ki, indiyədək ölkə ərazisində 105.885 ədəd yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb.