Yeni Məzunlar üçün bir neçə məsləhət | Banco.az

Yeni Məzunlar üçün bir neçə məsləhət

İndi demək olar ki, bütün şirkətlər yeni işçi axtarmaq üçün “iş elanları” saytlarına müraciət edir. İş elanlarını hər gün on minlərlə insan nəzərdən keçirir. Ancaq yeni məzunlarda  “Bekar qalmayım. Bir işə başlayım, daha sonra istədiyim işə girməyə çalışaram.” düşüncəsi mövcuddur.  Bu düşüncə ilə başlanan karyera  yolu yeni məzunları bir çox qarışıqlığın içinə atır. Hər şeydən əvvəl hər elana müraciət etməməli, sadəcə işləmək istədiyiniz vəzifələri seçməlisiniz.

Yalnış CV seçilməməyinizə gətirib çıxarar

Yeni məzunların iş axtarma müddətində ən önəmli addım CV hazırlama xüsusilə önəmlidir. İş müraciətlərində yalnış hazırlanmış CV-lər pis və ya uyğun olmayan şəkil seçimi kimi bəsit səbəblərə görə namizədlərin bir çoxu seçilmir.

Aparılan araşdıralara görə CV-də buraxdığınız  xətalar hər hansı vəzifəyə müraciət  edən namizədlərin  50 faizinin seçilməməsinə səbəb olur. Hazırlanan CV-nin insanın xronoloji olaraq doğum tarixini, adresini, haranı bitirməsini bildirməsi deyil, insanın necə bir xüsusiyyətlərə sahib olduğunu göstərməsidir. İlk ciddi iş təcrübəsi olduğu üçün yeni məzun olmuş şəxsin özkeçmişi, təbii olaraq, çox dolu olmayacaqdır. Buna görə də CV-də iştirak etdiyiniz  sosial aktivliklərin, peşə layihəsi və stajların, kursların, təlimlərin yazılması çox önəmli hesab olunur. Yeni universitet məzunları oxuduqları məktəbləri, etdikləri stajları,  könüllü olaraq iştirak etdikləri fəaliyyətlərini və sosial layihələrini çox detallı bir şəkildə yazmalıdılar.

Geyim və düzgün danışmaya diqqət!

Yeni məzunlar müsahibələrdə çox sıxılır və gərgin stres yaşayırlar. Özünəinamsızlıqla əlaqədar olaraq iş görüşmələrində yaşanan bu gərgin vəziyyəti  aradan qadlırmaq üçün mütəxəssislər yeni məzunlara təsirli və gözəl danışma təlimi keçmələrini, bu cür kitablar oxumalarını tövsiyə edirlər. Sizdən soruşulan hər şeyi dəqiq, açıq və aydın bildirməniz sizi işəgötürənin gözündə rəqiblərinizdən bir addım önə çəkir. Karyera hədəflərinizdən, gələcək planlarınızdan, güclü olduğunuz xüsusiyyətlərinizdən danışmağınız tövsiyə edilir.

Ən sərfəli kredit üçün müraciət et

Müsahibələrdə bədən dili və görünüş də olduqca vacibdir. Birçox şirkətin “görünüşə çox önəm vermirik” deməsinə baxmayaraq görünüşün işə qəbul zamanı vacib faktorlardan biri olduğunu müşahidə edirik. İş görüşmələrində görüşmə ədəbinə uyğun bir geyimlə, daha baxımlı və daha gümrah şəkildə gedilməlidir. Qadın namizədlər çox qısa olmayan yupka, don geyinməli, makyajlarını isə çox nəzərəçarpan etməməlidirlər. Kişi namizədlərin də təmiz, səliqəli geyinmələri işəgötürənlər üçün çox önəmlidir.

Müraciət etdiyiniz vəzifə yaxşı araşdırılmalıdır

Şirkət və vəzifə haqqında məlumat sahibi olmağınız, o vəzifəyə qəbul edildiyiniz təqdirdə edə biləcəklərinizi, şirkətə olan faydanızı bildirməyiniz işə qəbulunuz üçün önəmli faktorlardandır. Xüsusilə bunu layihə formasında hazırlasanız iş demək olar ki sizindir. Müsahibələrdə soruşulan suallara cavab verərkən uzun –uzadı danışmaq düzgün hesab olunmur. Dəqiq, faktlar göstərilərək, hadisələr qarşısındakı münasibətinizi yaxşı ifadə etməyə çalışın. Xüsusilə sizin xarakteriniz göstərilən vəzifə üçün əsas rol oyanaya bilər. Müsahibəyə getmədən, yaxşı hazırlaşmaq, müsbət və ya mənfi cəhətləriniz barəsində ətraflı düşünərək hazırlıqlı olmaq lazımdır.

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et