Yeni məzunlar iş seçərkən diqqətli olun | Banco.az

Yeni məzunlar iş seçərkən diqqətli olun

Karyera uzun bir yoldur. Karyera seçərkən əslində həyatımızı necə keçirəcəyimizi də seçirik.

"Günümüzün ən azı üçdə birini harada, nə edərək keçirəcəyik? Bu bizi xoşbəxt edəcəkmi? Kimlərlə birlikdə çalışacağıq? Səyahətlərimiz olacaqmı? Ailəmiz ilə nə qədər vaxt keçirmə şansımız olacaq? İlk öncə bu tip sualları soruşmalısınız özünüzdən.

Yeni məzunlar edə biləcəkləri işləri axtarmalıdırlar.

Sevmədiyi ixtisasda təhsil alan bir gənc, ümüdsüzlüyə qapılmamalıdır. Unutmaq olmaz ki, günümüzdə çoxları aldığı təhsildən kənarda karyera qurub. Peşə və karyeranı qarışdırmamaq lazımdır. 
Ona görədə iş həyatına atılmağa hazır olduğunuz an, ətraflı surətdə araşdırma aparın. Sizə nə lazımdır və siz nəyi edə bilərsiniz?

Vacib olan hər insanın öz "doğru"sunu tapmasıdır. 

Gördüyü iş insana yaşamaq istədiyi həyatı yaşadırsa, deməli, o adam doğru işi görür. İşinə zövqlə gedən, özünü işinin əsiri edən, işdə zamanın necə keçdiyini unudan adam işini sevir. 
Əlbəttə həyat gül bağçası deyil, iş həyatında bir çox çətinlik var. Hər an hər şey yaşamaq istədiyiniz kimi yaşanmır. Digər bir yöndən adam bu çətinliklərin qarşısında qorxmadan davam edəcək gücü özündə tapırsa, deməli həqiqətən çox motivasiya olduğu bir işdə çalışır. 

Ən sərfəli kredit üçün müraciət et

Sadəcə işinizi deyil, bütün həyatınızı düşünərək gələcəyinizi hazırlayın​.

- Əvvəlcə nə istədiyinizi tapın.

- Özünüzü yaxşı tanıyın. Bununla da kifayətlənməyin, özünüzü necə daha yaxşı ifadə edə biləcəyinizə də çalışın.

- Xəyal qurmaqdan çəkinməyin. Xəyalınızı qurduqdan sonra həqiqətlə də müqayisə edin. O xəyalı yaşayanlarla danışın. Hər şey arzu kimi olmaya bilər, nələrin fərqli olduğunu öyrənib yolunuza davam etmək yaxşı bir strategiyadır.

- Xəyallarınız sözdə qalmasın: detallı bir plan hazırlayın. Hətta ətraflı bir neçə plan qurun.

- Planlarınızın konkret addımları olsun. Və ən əhəmiyyətlisi o addımları atın!

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et