Müəllif - Aida İsaq, Banco.az
İtaliya yanacağın qiymətinin bahalaşması ilə bağlı xəbərdarlıq edib.
Banco.az xəbər verir ki, Rusiya neft məhsullarının idxalına fevralın 5-dən etibarən qüvvəyə minəcək qadağalar qiymətlərin artmasına səbəb olacaq. Bu barədə İtaliyanın “Repubblica” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, bazarda kifayət qədər xam neft olduğu üçün 2022-ci il dekabrın 5-dən tətbiq olunan məhdudiyyətlər qiymətlərə qismən öz təsirini göstərib. Lakin emal olunmuş xammalda vəziyyət tamamilə fərqlidir. Son 20-25 ildən bəri Qərb ölkələri “çirkli” sənayedən imtia etməyə çalışıb ki, nəticədə belə müəssisələrin sayı azalıb.
Qəzetdə eyni zamanda Rusiyadan idxal olunan yanacağın qiymət baxımından daim rəqabətə davamlı olduğu qeyd olunub. Ancaq hazırda tətbiq olunan yeni məhdudiyyətlər qiymətlərin artmasını qaçılmaz hala gətirib.
Bizi sosial şəbəkələrdən izləyin!!