Yeni MediaPad M6 planşeti təqdim edildi | Banco.az

Yeni MediaPad M6 planşeti təqdim edildi

“Huawei” yeni “MediaPad M6” planşetlərini ictimaiyyətə təqdim edib. Bazarda 10,8 və 8,4 düym ekranlı modifikasiyalar peyda olacaq.

Cihaz arasındakı fərq batareyanın ölçüsü ilə (6100 mas vs 7500 mas) ifadə edilir. Planşet sahibləri Mali-G76 video çipi və Kirin 980 prosessoru sayəsində müasir oyunları asanlıqla idarə edə biləcəklər. Versiyaların hər birində 4 GB operativ yaddaşın olması nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilərin istəklərindən asılı olaraq, “MediaPad M6” planşetlərinin 64-128 GB daimi yaddaşlı versiyaları satışa təqdim olunur. Ön kamera 8 mp, əsas kamera isə 13 mp modul alıb. Ekspertlər, minimum komplektasiyaya görə 250 avrodan başlayan satış qiymətinə malik cihazlara yüksək tələbat proqnozlaşdırırlar.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç