Yeni işin ilk günü necə davranmalı? | Banco.az

Yeni işin ilk günü necə davranmalı?

Əgər yeni bir iş tapmısınızsa əvvəlcə təbrik edirik! Sadəcə hansı yaşda olursunuzsa olun yeni olmaq heç də yaxşı bir şey deyil :). Rəhbəriniz sizin çox şey bilmədiyinizi düşünür, heç kimi tanımırsınız, tanımadığınız mühit, bir az utancaq və bir az yuxudan oyanmış uşağın sərsəmliyi kimi duyğuların intensiv yaşandığı macəraya başlayırsınız .Tabii ki, bu cür vəziyyəti işə ilk gün gedən hər insan yaşayır. Ona görə fikir eləməyin. Bu yazı sizə ilk iş gününün stressindən xilas olmağınızda kömək edəcəkdir.

Bəs ilk iş günü necə davranmaq lazımdır?

Bir gün axşamdan hazırlaşmağa başlayın 

İlk iş gününə heç kim gec qalmaq və əskik materialla getmək istəməz. Buna görə də ağılınızda olanları yatmazdan əvvəl həll etmək xeyrinizə olacaqdır. Məsələn, hansı paltarı geynəcəksiniz? Özünüzlə aparmalı olacağınız sənədlər varmı? Bunları yatmazdan əvvəl nizamlayıb unutmayacağınız bir yerə qoysanız, səhər daha sürətlə hərəkət edərsiniz. 

Səhər yeməyi vacibdir

Səhər yeməyi günə yaxşı başlamaq üçün əhəmiyyətlidir. Ona görə gözəl bir nahar etməyə laqeyd yanaşmayın. Daha sonra paltar, makiyaj kimi hazırlıqlarınızı tamamlayın və hava vəziyyətini yoxlayın. İlk gün yaş və palçıqlı paltarla görünməyi heç kim istəməz.

İşə Vaxtında Gedin

Əvvəlcədən işə necə gedəcəyinizi təbii ki, düşünmüsünüz. Plan hazırlayın. Nəqliyyat vasitəsini və yollları düşünürək hərəkət edin. İş saatının başlamasına 10 dəqiqə qalmış çatmağa çalışın. Çox tez gedib, həvəsliymiş kimi görünməyə də ehtiyac yoxdur. 

Yeni stolunuza xoş gəlmişsiniz 

Ən sərfəli kredit üçün müraciət et

İdarəçiniz sizi qəbul etdikdən sonra yolda gördüyü insanlarla tanış edərək masanıza qədər aparacaq. Bir müddət sonra öz stolunuzla baş-başa qalacaqsınız. Ətrafınızdakı iş yoldaşlarınıza gülümsəyərək "salam" deməyi unutmayın. Varsa kompüterinizi açın və qeydlərinizi yazın.

Yemək vaxtı 

Sizə tövsiyəm yemək üçün soruşan ilk adam siz olmayın. Sizi birinin yeməyə aparmasını gözləyin. Onu izləyin. Özünüz də digər insanları izləyərək yeməyə gedə bilərsiniz, amma son ana qədər gözləməkdə fayda var.

Sənədlər, Fayllar, broşuralar ... 

İlk gün tapşırıq alma ehtimalınız aşağıdır. Daha çox şirkətin nə iş gördüyünə dair faylları oxumağınız istəniləcək. Bir az stressli və darıxdırıcı anlar keçirə bilərsiniz, amma mütləq, sual verəcəyiniz nöqtələr tutun. Fayllara göz gəzdirdiyiniz və verilən vəzifəni yerinə yetirdiyiniz məlum olsun.

Şirkətinizi tanımağa çalışın

Əgər şirkətin servisi varsa, hansı servisin olduğunu və səhər sizi haradan götürəcəyini öyrənin. Tualet, yemək saatları, şirkətin telefon nömrəsi kimi ümumi məlumatları və varsa xüsusi bilməyiniz lazım olan mövzuları öyrənin.

Evə Dönüş

İşdən çıxmaq üçün çox tələsməyin. İnsanlara baxın, nə vaxt yığışıb, hara gedirlər. Onları izləyin.

Bunlarla yanaşı gün ərzində çay, qəhvə götürərək rahat rəftar sərgiləyin. Çoxbilmiş kimi görünməyin, sevimli olmağa çalışın. Yeni dostluqlar qurmağa səy göstərin və bir müddət ətrafınızdakıları izləyin.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et