Yeni iqtisadiyyat naziri dövlət qurumlarının tariflərinə yenidən baxılması üçün danışıqlara başlayacaq | Banco.az

Yeni iqtisadiyyat naziri dövlət qurumlarının tariflərinə yenidən baxılması üçün danışıqlara başlayacaq

Azərbaycanın yeni iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkədə iqtisadi fəallığın artması üçün dövlət qurumlarının tariflərinə yenidən baxılmasının lazım olduğunu hesab edir.

Yeni iqtisadiyyat naziri bildirib:

“Dövlət mülkiyyətində olan müəssisələrin fəaliyyəti iqtisadi fəallığa təsir edir. Burada xüsusilə təbii inhisarları qeyd etəmək olar. Bu tək Azərbaycanda deyil, hər bir iqtisadiyyatdadır. İnfrastruktur təminatı xidmətləri təmin edən dövlət qurumlarının tariflərinin dərəcələri ölkədə iqtisadi fəallığın səviyyəsinə təsir edə bilir. Bu mənada biz aidiyyatı dövlət qurumları və dövlətin mülkiyyətində olan şirkətlər ilə birgə işləyəcəyik və inanıram ki, qarşımızda duran vəzifələri uğurlu şəkildə həll edə biləcəyik”.

Ən sərfəli kredit üçün müraciət et

Mikayıl Cabbarov əlavə edib ki, dövlətin mülkiyyətində olan əmlakdan səmərəli istifadə edilməsi də diqqət mərkəzində olacaqdır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et