Yeni "iPhone"nun təqdimat tarixi məlum olub | Banco.az

Yeni "iPhone"nun təqdimat tarixi məlum olub

 ABŞ-ın "Apple" şirkətinin " iPhone8" adlandıracağı gözlənilən yeni smartfonunun təqdimatı sentyarın 12-də keçiriləcək.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni model 5,8 düyüm ölçüdə "OLED" ekranla təchiz olunacaq. 

Ən nəzərəçarpan yeniliklərdən biri isə "Home" düyməsinin olmamasıdır. Bu düymənin funksiyalarını virtual düymə yerinə yetirəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Versiyalardan birinə görə, yeni telefon sahibini barmaq izindən ("Touch ID") deyil, üz cizgilərindən tanıyacaq. "iPhone 8"in yaddaş həcminə gəlincə, bu göstəricinin ilk modeldə 64 Gb, ən bahalı modeldə isə 512 Gb təşkil edəcəyi gözlənilir. Digər bir məlumata görə, telefon simsiz enerjidoldurma texnologiyası ilə təchiz olunacaq. Yeni modelin qiymətinin 1 000-1 100 ABŞ dolları civarında dəyişəcəyi deyilir. 

Ən sərfəli krediti almaq üçün müraciət et