Əmanət yerləşdirən müştərilər artıq 15 gündür ki, “AtaBank” ASC-nin “25-ci il əmanəti” kampaniyasından faydalanırlar.
Əmanətçilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğə uyğun olaraq hədiyyə seçimi edirlər.
Artıq kampaniya çərçivəsində – 131 İsma Bikes, 39 iPhone X, 18 iPhone Xs və müxtəlif hədiyyələr bankın əmanətçilərinə hədiyyə olunmuşdur.
Xatırlatmaq istərdik ki, AtaBank-da əmanət yerləşdirən müştərilərə veriləcək hədiyyələr aşağıdakılardır: iPhone X və Xs, İsma Bikes, Excelsior Hotel, Excelsior Hotel Shamkir, Qalaaltı Hotel & SPA, Shamakhi Palace Sharadil, Quba Palace, Garabag Resort & SPA otellərində istirahət və Uludağ / Şarm-Əl-Şeyx / Dubay istiqamətlərinə səyahət paketləri.
Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və 28 dekabr 2018-ci il tarixinədək qüvvədədir.
WhatsApp istifadəçiləri AtaBank-ın WhatsApp əlavəsinə bağlı olan 050 9999136 telefon nömrəsinə yazaraq əlaqə yaradaraq kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.
1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.