Yeni ildə PlayMarket-də nə yeniliklər var? | Banco.az

Yeni ildə PlayMarket-də nə yeniliklər var?

Yeni ilin ilk həftəsini artıq geridə qoymuşuq. Bu ilin bizə hansı yenilikləri gətirəcəyindən hələ ki xəbərsizik. “PlayMarket”in bizə hansı yeniliklər təqdim etdiyinə nəzər yetirin.

“Sudoku Deluxe VİP”

Oyunçular tərəfindən 4.4  balla qiymətləndirilmiş bu oyun 3 yaşdan böyük uşaqlar üçün nəzərdə tutulub. Oyunun əvvəlki qiyməti  1,71 dollar olsa da həvəskarlar üçün oyun 3 gün ərzində pulsuz olacaq. Həvəskarlar “Sudoku Deluxe VİP” oyununu “xoş və sadə interfeys” adlandırırlar.

“Archery: yaydan atış

Bu oyun daha böyük yaşlı oyunçular üçün nəzərdə tutulub. 12 yaşdan böyüklərin oynaya biləcəyi bu oyun 4,1 balla qiymətləndirilir. Xatırladırırq ki, bu oyunu pulsuz əldə etmək üçün 3 gün vaxtınız var.

“Talisman: Digital Edition”

Ən sərfəli kredit üçün müraciət et

Çox maraqlı və əyləncəli stolüstü, mobil və kompüter oyunudur.  7 yaş və daha böyük oyunçular üçün nəzərdə tutulan bu oyun həvəskarlar tərəfindən 4,0 balla qiymətləndirilir. Əvvəlki qiyməti 3,39 dollar olan oyunun hazırkı qiyməti 1,64 dollara düşüb. Endirim 4 gün davam edəcək.

  “Animal Forest: Fuzzy Seasons” ( Start Pack Edition )

Əvvəlki qiyməti 3,68 dollar olan oyunu 5 gün ərzində pulsuz əldə edə bilərsiz. Oyun həvəskarlar tərəfindən 4,6 balla qiymətləndirilir. Qeyd edək ki, oyun boyu sizi minimalist stildə gözəl melodiyalar müşahidə edir.

“Exploding Kittens-Official”

7 yaşdan böyük oyunçular üçün nəzərdə tutulan oyun 4,6 balla qiymətləndirilib. Əvvəlki qiyməti 1,99 dollar olan oyunun hazırkı qiyməti 0,99 dollardır. Xatırladaq ki, endirim 3 gün davam edəcək.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et