“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisi üçün BAŞ XƏZİNƏDAR vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
Baş Xəzinədar Baş Ofis daxil olmaqla FINCA Azerbaijan təşkilatının bütün filiallarında Nəğd Pul Əməliyyatlarına nəzarət edəcək. Baş Xəzinədar FINCA Azerbaijan təşkilatının bütün Xəzinədarlarına nəzarət edəcək və nəğd pul əməliyyatlarına dair mövcud siyasətləri, prosedurları və daxili nəzarət vasitələrini yaradacaq / təkmilləşdirəcək / gücləndirəcək. O, tələb olunduqda, FINCA Azerbaijan təşkilatının institusional inkişafı daxil olunmaqla digər sahələrə də köməklik göstərəcək.
Əsas funksiyalar:
Nəğd pul əməliyyatlarına dair siyasət və prosedurlar hazırlamaq və/və ya mövcud olan siyasət və prosedurları təkmilləşdirmək;
FINCA Azerbaijan təşkilatının bütün filiallarında nəğd pul əməliyyatlarına nəzarət etmək;
Nəğd pul tutuşdurulmasına (rekonsiliasiyasına) nəzarət etmək;
Daxili nəzarət sistemlərini tətbiq etmək və yüksək standartlı daxili nəzarəti təmin etmək;
Nəğd pul vəsaitlərinin uçotuna dair sənədləri periodik olaraq nəzərdən keçirmək və onların ARMB-nin, Maliyyə Nazirliyinin və digər yerli dövlət orqanlarının qoyduğu normalara/standartlara cavab verməsini təmin etmək;
Uyğunluq, təhlükəsizlik və bilik və qabiliyyətlərin artırılması tələblərini və ehtiyaclarını müəyyən etmək/qiymətləndirmək üçün nəğd pul əməliyyatlarını həyata keçirən filiallara periodik əsasda səfərlər etmək;
Bütün xəzinədarlara nəzarət etmək, onları yönəltmək və inkişaf etdirmək;
FINCA Azerbaijan təşkilatının Xəzinədarları üçün təlim ehtiyaclarını müəyyən etmək, bu Şöbə üçün bilik və qabiliyyətlərin artırılması planını hazırlamaq;
Tələblər:
İqtisadiyyat, riyaziyyat və ya idarəetmə sahəsində ali təhsil,
MS Office proqramlarından əla istifadə etmək bacarığı (xüsusilə MS Excel),
Əla ünsiyyət, analizetmə, təşkilatçılıq və idarəetmə bacarığı,
Azərbaycan dilində sərbəst bilmək, rus və ya ingilis dilini bilənlərə üstünlük verilir,
Uyğun sahədə iş təcrübəsi
Bu vəzifənin öhdəliklərinə ölkədaxili səfərlər edilməsi də daxildir.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 15 Yanvar 2015-ci il tarixindən gec olmamaq şərtilə əsli [email protected] , elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№883/14) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə. Tel: (012) 596 33 85\86\87
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs