Yeni ildə ardıcıl 5 gün iş olmayacaq | Banco.az

Yeni ildə ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda yeni il tətili başlayır.

Yeni il bayramı ilə əlaqədar ölkədə ardıcıl 5 gün iş olmayacaq.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır.

Növbəti ilin yanvar ayının 1-i və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyinə görə, Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdirilərək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

Beləliklə, 31 dekabr 2021-ci il, 1, 2, 3, 4 yanvar 2022-ci il tarixləri qeyri-iş günüdür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et