Yeni il tətili Çində turizm sektorunu canlandırıb | Banco.az

Yeni il tətili Çində turizm sektorunu canlandırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çindəki üç günlük Yeni il tətili ölkənin turizm sektorunu yenidən canlandırıb.

Banco.az xəbər verir ki, Çin Turizm Tədqiqat İnstitutunun açıqladığı məlumatlara görə, turizm sənayesinin fəaliyyəti, o cümlədən bayram günlərində uzun məsafələrə səyahətlər əvvəlki axarına qayıdır.

Çin Nəqliyyat Nazirliyindən əldə edilən məlumatlar da bayram dövründə dəmir yolu ilə gündəlik səfərlərin sayının noyabr ayındakı gündəlik ortalamaya nisbətdə 109 faiz artımla 5 milyon 80 minə çatdığını göstərir. Bayramda quru, dəniz və çay yolu ilə həyata keçirilən səfərlərin sayı 61 milyon 436 min 800-ə yüksəlib.

Bununla yanaşı, hava nəqliyyatına da maraq artıb. Üç günlük tətildə mülki hava yolu şirkətləri ilə edilən səfərlərin sayı 2 milyon 338 minə çatıb.

Çin Mədəniyyət və Turizm Nazirliyinin verdiyi açıqlamada ölkə daxilində tətil üçün səyahət edənlərin sayının illik 0,44 faiz artaraq 52 milyon 713 min 400 nəfərə çatdığı qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Onu da qeyd edək ki, sözügedən günlərdə əhalinin turizm xərclərində də artım müşahidə olunub. Belə ki, bu rəqəm ötən ilə nəzərən 4 faiz artaraq ölkəni ümumilikdə 26 milyard 517 milyon yuan (3 milyard 84 milyon dollar) daxili turizm gəliri ilə təmin edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et