Yeni ilin başlanmasına sayılı günlər qalıb amma Siz hələ bayram ab-havasını hiss etmirsiniz?
Səbirsizliklə Yeni il hədiyyənizi almaq istəyirsiniz? 2020-ci ildən xoş sürprizlər gözləyirsiniz?
Bank Respublika, ilin son iş həftəsində paytaxt sakinləri və qonaqlarına bayram əhval-ruhiyyəsi bəxş edəcək hədiyyəli və sürprizlərlə dolu orijinal “Kodu tap, hədiyyə qazan” müsabiqəsinə start verir.
Belə ki, aksiya çərçivəsində Bakı sakinləri və qonaqlar hər gün şəhərin fərqli məkanında dayanacaq “Şaxta Baba”nın maşınında yerləşdirilən xüsusi ekranda cəmi 2 rəqəmi düzgün tapmaqla, balansında 100 AZN olan ödəniş kartı və Paypass Stiker qazana biləcək! Aksiyada iştirak etmək üçün sadəcə olaraq “Şaxta Baba”nın maşını ilə foto çəkib sosial şəbəklərdə #şaxtababank heşteqi ilə paylaşmaq lazımdır.
Qeyd edək ki, 7 gün 7 ayrı məkanda keçiriləcək müsabiqə haqqında ətraflı məlumatı Bankın rəsmi facebook və instagram səhifələrindən və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz
Bu Yeni ildə Şaxta Baba hədiyyələrini Bank Respublika ilə paylayacaq! Müsabiqəyə qatılın və Siz də öz hədiyyənizi qazanın!