Yeni il ərəfəsində faizləri sıfıra endirdi | Banco.az

Yeni il ərəfəsində faizləri sıfıra endirdi

Şəhərdə 0%-lə kredit verilir. Bəli, bəli, səhv eşitmədiniz 0%-lə kredit.

Bank BTB yeni il ərəfəsində başladığı kampaniya çərçivəsində müştərilərə 0%-lə kredit təklif edir. Dekabr ayında kredit üçün müraciət edən şəxslər, xüsusi miqdarda müəyyən edilmiş komissiya ödəməklə, illik 0% dərəcəsi ilə xeyli sərfəli kredit əldə edəcəklər.

Bankdan aldığımız məlumata əsasən, dekabr ayı ərzində Banka müraciət edən müştərilərə əslində 2 seçim şansı təklif ediləcək.

  1. Bunlardan birincisi standart faizli kreditlərdir ki, bu zaman müştərilərə 4% endirim təklif olunur. (Bu kampaniyanın şərtləri ilə burada tanış ola bilərsiniz).
  2. İkinci seçim şansı isə 0%-li kreditlərdir ki, müştəri sadəcə müəyyən edilmiş komisyon haqqı ödəməklə daha sərfəli kredit əldə edə bilər.

Komisyon haqqının miqdarı isə kreditin müddətindən asılı olaraq dəyişir. Kampaniya həm istehlak, həm də biznes kreditləri üçün keçərlidir.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniya yalnız bu ayın sonuna qədər qüvvədədir.

Daha ətraflı məlumat üçün (012) 946 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et