Müəllif - Aida İsaq, Banco.az
İki yüz meqapiksellik kameralı “Honor 90” və “90 Pro” smartfonları təqdim edilib.
Banco.az xəbər verir ki, “Honor 90” modeli 2664x1200 piksel təsvir ölçülü 6,7 düymlük OLED ekranı, 5000 mAh batareya, Snapdragon 7 Gen 1 çipi ilə təchiz olunub. Model 200 meqapiksellik əsas sensor, 12 meqapiksellik ultra geniş bucaqlı sensor və 2 meqapiksellik dərinlik sensoru ilə üçlü kameraya sahibdir.
“Honor 90 Pro” versiyası 2700 x 1224 təsvir ölçüsünə, 6,78 düymlük əyri kənar AMOLED ekrana sahibdir. Həmçinin smartfon daha güclü Snapdragon 8+ Gen 1 çipi ilə təchiz edilib.
Qeyd edək ki, “Honor 90” və “90 Pro” modelləri Çində müvafiq olaraq 2,5 və 3,3 min yuan qiymətinə satışa çıxarılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!