Hazırda Azərbaycanda həyat sığortası bazarına yeni oyunçuların cəlb edilməsinə ehtiyac yoxdur. Bu barədə Bakıda keçirilən 5-ci Azərbaycan Beynəlxalq Sığorta Forumunda "PAŞA Həyat" sığorta şirkətinin sədr müavini Niyaz İsmayılov bildirib. Onun sözlərinə görə, hazırda bazarda olan 3 həyat sığortası şirkəti onsuz da kifayət qədər maraqlı sığorta məhsulları təqdim edirlər: "Şirkətlər bazarda rəqabət aparırlar və hazırda onlar əhalinin sığorta məhsullarına tələbatını tamamilə ödəyirlər".
N.İsmayılovun sözlərinə görə, bazarda 4-cü həyat sığortası şirkətinin yaradılması rəqabəti daha da artıra bilər ki, bu da ümumilikdə sığorta bazarının inkişafına müsbət təsir edə bilər: "Amma hazırda 3 şirkətin olması kifayətdir".
Mənbə: fins.az