Yeni bir məhsul və ya xidmət təqdim etmək üçün 5 YOL | Banco.az

Yeni bir məhsul və ya xidmət təqdim etmək üçün 5 YOL

Yeni məhsul və xidmətiniz mükəmməl ola bilər, amma onu doğru şəkildə təqdim edə bilmirsinizsə, gözlədiyiniz fidbək ala bilməyəcəksiniz.

Hədəf kütlənizə yeni məhsul və xidmətinizi təklif etmək üçün aşağıdakı texnikalardan istifadə edə bilərsiniz.

- Mövcud müştəriləriniz üçün xüsusi təqdimat hazırlayın. Mövcud müştərilərinizə yeni təkliflər təqdim etsəniz, böyük ehtimalla özlərini daha dəyərli hiss edəcəklər. Onlara yeni təklif təqdim etməmişdən öncə, mövcud müştərilərlə fərdi qaydada görüşlər təşkil etmək faydalıdır. Bu sizə səhvlərinizi minimuma endirmək üçün şans verəcək.

- Faydalarını vurğulayın: Yeni təklifin üstünlüklərini göstərən elanlar yerləşdirin. Əgər mümkünsə veb saytınızın giriş səhifəsində yeni təklifi təqdim edən banner yerləşdirin. Fidbəkləri öyrənmək üçün isə ayrıca form səhifəsi yarada bilərsiniz. Bu sizə müştərilərinizin təkliflərinə qulaq asmağınıza kömək olacaq.

Ən sərfəli kredit üçün müraciət et

- Pulsuz reklamçılıqdan ən yaxşı şəkildə faydalanın. Mətbuat və form saytları vasitəsilə təklifinizin daha çox yayılmasına şərait yaradın. Sosial mediada populyar olan səhifə və insanlar ilə əlaqəyə keçin və daha çox müştərini məlumatlandırmağa səy göstərin.

- İşçilərinizdən yeni təklifi yaymalarını istəyin. Yeni məhsul və ya xidmətin faydaları haqqında onları tamamilə məlumatlandırın. Satış təmsilçilərinə deyil, müştərilərinizə, sosial platformalardakı digər insanlarına deyilməsinə təşviq edin. “Facebook”, “Twitter” kimi sosial platformaların əhəmiyyəti bu məsələdə sözsüz ki, danılmazdır.

- Hazırda əlinizdə olan məhsul və xidmətlərdən açar kimi istifadə edin. Satış edən zaman müştəriyə pulsuz nümunə və ya endirim kuponları verin. Bu isə onları yeni təklifə əvvəlcədən hazırlayacaq.

Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et