Yeni bankların yaradılması Milli Məclisdə müzakirə edilir | Banco.az

Yeni bankların yaradılması Milli Məclisdə müzakirə edilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Banklar haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə edilir.

Dəyişikliyin məqsədi ödəniş qabiliyyətini itrmiş bankların problemlərinin həll edilməsi üçün hüquqi bazanın yaradılmasıdır. Bu çərçivədə kredit təşkilatlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı əsasında inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların həyata keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, dəyişiklik ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankın, o cümlədən bank holdinq şirkətinin təxirə salınmadan və mümkün qədər az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödəmə qabiliyyətini itirmiş bankın investora satılması, digər banka qoşulması, aktiv və öhdəliklərinin köçürülüməsi, "körpü bank"ın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktiv və öhdəliklərini "körpü bank"a köçürülməsi, "körpü bank"ın investora satılması üzrə tədbirləri, habelə ödəmə qabiliyyətini itirmiş bankın ləğv edilməsini nəzərdə tutur.

Müvafiq qanun layihəsi ilə bağlı müzakirələrdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişiklik nəticəsində banklar kreditorların razılığı ilə kredit borclarının müddətini uzada, onları silə, faizləri azalda və yaxud ləğv edə biləcək.

Ən sərfəli kredit üçün müraciət et

Millət vəkili Əli Məsimli isə deyib ki, bank sistemindəki problemləri həll etmək üçün mövcud alətlər kifayət etmir. Odur ki, əlavə alətlərin tətbiqi, bunun üçün hüquqi bazanın formalaşdırılması təqdirəlayiqdir. Bununla belə, onun sözlərinə görə, layihədə bir sıra məqamların üzərində işlənməlidir: “Bəzi maddələr anlaşılmır. Onlar üçün əlavə arayışlar verilməlidir. Bəzi məsələlərdə konkret günlər qoyulub, yaxşı olar ki, bu, iş günü ilə əvəz edilsin. Hansısa prosedur bayram günlərinə düşə bilər, az vaxt qala bilər. Layihədə sistem əhəmiyyətli banklar ifadəsi var. Halbuki Azərbaycanın bank sistemi elə çöküb ki, sistem əhəmiyyətli bankın olub-olmaması mübahisəlidir. Bununla bağlı yanaşma dəyişməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatasına xeyli səlahiyyət verilib. Amma heç bir zəmanət yoxdur ki, qurum bu səlahiyyətlərdən sui-istifadə etməyəcək. Bununla bağlı iş görülməlidir. Həmçinin təklif edirəm ki, mayın 28-də qədər banklar 1 000 dollara qədər borcları bağışlasın, dövlət də görsün ki, onlar bu istiqamətdə hansısa addımlar atır. Dollar kreditləri ilə bağlı vəziyyət ciddidir”.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et