Yen ABŞ dollarına nisbətdə möhkəmlənəcək | Banco.az

Yen ABŞ dollarına nisbətdə möhkəmlənəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nomura” bu ilin sonuna doğru yenin dollara nisbətdə möhkəmlənəcəyini gözləyir.

Banco.az xəbər verir ki, “Nomura Holdings”in Kommersiya və İnvestisiya Bankçılığı departamentinin rəhbəri Kristofer Uilkoksun sözlərinə görə, bu ilin sonuna doğru yapon yeninin dollar qarşısında möhkəmlənəcəyi ehtimalı yüksəkdir.

“Biz hesab edirik ki, yen ABŞ dolları qarşısında 140 səviyyəsinə qayıtmalıdır. Bu, əsasən FED-in qarşıdakı dövrdə monetar siyasəti daha da yumşaltması və Yaponiyanın isə bir qədər sərt siyasəti ilə bağlı olacaq.”

Qeyd edək ki, yen çərşənbə günü 34 illik minimuma enib. Bu da öz növbəsində Yaponiya rəsmilərinin dəyərdən düşməni dayandırmaq üçün tədbirlər görə biləcəkləri barədə xəbərdarlıq etməsinə səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda bir ABŞ dolları 151.36 yapon yeninə bərabərdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et