Yemək reklamları bəzən niyə reallıqla üst-üstə düşmür? | Banco.az

Yemək reklamları bəzən niyə reallıqla üst-üstə düşmür?

Gərgin iş günündən sonra özünüzü yaxşı bir yeməklə mükafatlandırmaq istəyirsiniz. Reklam panolarında gördüyünüz yeməklər iştahınızı daha da artırır. Ancaq çox vaxt alarkən gördüyünüz yemək ilə reklamlarda gördüyünüz yemək uyğun gəlmir. Niyə? Ona görə də bu məsələyə “Yemək reklamları və hiylələr” adlı yazımızda aydınlıq gətirməyə çalışacağıq.

Bir çoxumuzun düşündüyü ilk cavab: Əlbəttə, texnologiyanın önəmli töhvələrindən olan PhotoShop! Ancaq yeməyin iştah açan görünməsi və diqqəti cəlb etməsi üçün yalnız PhotoShop kifayət deyil. Qida ticarəti ilə məşğul olan bir çox şirkət, foto çəkilişlərində stok ərzaq fotoqraflarından, pervanel stilistlərindən və qida stilistlərindən kömək alır. Həm fotoqraf, həm də qida stilistləri qidanı gözəl etmək üçün bir çox reklam fəndlərindən, hiylələrindən istifadə edirlər.

Krep

Yemək reklamları və hiylələr yazısını başlayaq Krepdən. Krep üzərinə tökülən sirop tez çəkildiyi üçün fotoqraflar bunu mator yağı ilə dəyişirlər. Başqa bir hiylə isə krepin üstünə sukeçirməyən sprey vururlar.

 

Burger

Burger köftələri reklamlarda çox cəlbedici görünür. Böyük və şirəli qalması üçün köftələr bir neçə saniyə qovurulur. Fotoqraflar ayaqqabı cilası ilə onları rəngləyir və isti şişlər ilə “ızgara” izləri yaradırlar. Bəzən əti, olduğundan daha şirəli görünməsi üçün yağa batırılır. Eyni şəkildə, toyuq “ızgara”-da heç vaxt bişirilmir. Minimum istiliyə məruz qalır və sonra rənglənir. Həcmini artrırmaq üçün fotoqraflar kağız salfet ilə içini doldururlar.

 

Əriştə

Əriştə bişirmək bir neçə dəqiqə çəkir, lakin tez quruyur, buna görə fotoqraflar yeməyə qlükoza siropu tökürlər (Qeyd: Çərəzlər üçün də geniş istifadə olunur).

 

Tort

Gözəl və dadlı görünən rəngarəng kremli, qat-qat tortları canlı tutmaq üçün fotoqraflar onların aralarını çöplər ilə sabitləyirlər. Burger və sendviç reklamları üçün də bu keçərlidir.

 

Köpüklü içkilər

Qəhvə, süd və pivə şəkillərini çəkərkən fotoqraflar maye sabun əlavə edirlər. Bu sabun təbii və cəlbedici görünən sabit bir köpük yaradır.

 

Dondurma

Dondurma isti studiya işığı altında çox tez əriyir. Buna görə fotoqraflar rəngli kartof püresi və ya nişasta, toz şəkər, qarğıdalı siropu, yağ və digər maddələr qarışığından əldə edilən maddədən istifadə edirlər. Eynilə, krem ​​şantidən fərqli olaraq, təraş köpüyü fotoqraflar üçün əvəzolunmaz alternativlərdəndir.

Ən sərfəli kredit üçün müraciət et

 

Buzlu içkilər

Buz da isti studiya işığı altında çox tez əriyir, buna görə fotoqraflar içkilərdə plastik kublardan istifadə edirlər. Yeri gəlmişkən, istifadə olunan kubları dondurub real həyatda istifadə edə bilərsiniz. Soyuq içkilərin fotoşəkilləri əslində soyuq deyil. Gliserin qarışığı ilə buna soyuq effekti yaratmaq üçün edilir.

 

Süd

Yemək reklamları demişkən, onu da qeyd edək ki, fotoqraflar şəkil çəkərkən daha effektli olması üçün ağ yapışqandan istifadə edirlər. Bu zaman taxıl səthdə qalır və orijinal formasını saxlayır.

 

Buxar yeməkləri

Reklamlarda bu yeməklər çox iştah açan görsənir. Əslində görüntüdəki qablar belə isti deyil. Photoshop-dan başqa, fotoqrafların buxar yaratmaq üçün başqa yolları da var. Məsələn: Pambıq toplar. Fotoqraf onları nəmləndirir və mikrodalğalı sobaya qoyur. Sonra onları qabdakı yeməyin içərisinə yerləşdirir və bir neçə dəqiqə buxar yaradır. Hiylələr bununla bitmir. Bundan başqa, siqaret tüstüsünü üfürərək də eyni effekt alınır.

 

Bəs bu etikdir?

Bəziləri bunları insan hissləri ilə oynadıqları üçün etik olmadığını düşünürlər. Müştəri olaraq gördüyümüz və ya görmək istədiyimiz məhsul/xidmət bizim alışımıza təsir edir. Yeməklərin ədalətsiz yollarla bəzədilməsi gözləntimizi artırsa da, qarşılaşdığımız mənzərədə məyus ola bilərik. Bu səbəblə, yeməklərin üzərində heç bir dəyişiklik edilmədən birbaşa afişalarada reklam olunması istənilir.

Yemək stilistləri və fotoqraflar baxımından: yemək inanılmaz bir şəkildə gəlsə belə, uzun çəkiliş saatlarından, həddindən artıq işıqdan gözəl bir görüntüsü olsa belə zamanla deformasiyaya uğrayacaq. Görmə qabiliyyətinin çox vacib olduğu qida sektorunda bu hərəkət riskli ola bilər və eniş yarada bilər. Dürüst olaq, ​​kim pis, eybəcər görünümlü bir yemək istəyər ki?

markzone.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et