"Yelo Bank"ın xalis mənfəəti 3 dəfədən çox artıb | Banco.az

"Yelo Bank"ın xalis mənfəəti 3 dəfədən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yelo Bank-ın xalis mənfəəti 2024-cü ilin ilk rübündə (yanvar-mart ayları) 3,4 dəfə artaraq 14 milyon 125 min manata çatıb.

Banco.az bankın maliyyə hesabatına istifadən xəbər verir ki, 2023-ci ilin eyni dövründə Yelo Bank-ın mənfəəti 4 milyon 123 min manat təşkil edib.

2024-cü ilin birinci rübünün sonunda bankın cəmi aktivləri 1 milyard 130 milyon 811 min manat olub, bu da 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 300,5 milyon manat, yəni 36,2% artım deməkdir. 

Hesabat dövründə bankın həm kredit, həm də əmanət portfeli böyüyüb.

Birinci rübdə Yelo Bank-ın ümumi kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 162 mln. 757 min manat və ya 25,4% artaraq 802,5 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bankın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 260,4 milyon manat (45,1%) artaraq 837 milyon 248 min manata yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et