“Yelo Bank”ın səhmdarları yığıncaq keçirəcək | Banco.az

“Yelo Bank”ın səhmdarları yığıncaq keçirəcək

2025-ci il 2 iyulda saat 11:00-da “Yelo Bank” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Banco.az xəbər verir ki, səhmdarların yığıncağında “Yelo Bank” ASC-nin 2024-cü il üzrə maliyyə hesabatının və kənar auditinin nəticələrinə baxılması, eyni zamanda yığıncağın gündəliyində duran cari və təşkilati məsələlərə dair müzakirə ediləcək.

Qeyd edək ki, yığıncaq Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən “Yelo Bank” ASC-nin Baş ofisində baş tutacaq.