"Yelo Bank"ın aktivləri 90 mln. manat artıb | Banco.az

"Yelo Bank"ın aktivləri 90 mln. manat artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarına "Yelo Bank"ın xalis mənfəəti 14 milyon manat olub. 

Banco.az Bankın maliyyə hesabatına istifadən xəbər verir ki, bu da illik müqayisədə 4,3 dəfə artım deməkdir. Belə ki, ötən ilin eyni dövründə Bankın mənfəəti 3,2 milyon manat təşkil edirdi.

Üçüncü rübün sonunda Bankın cəmi aktivləri 912 milyon manat olub, bu da ötən ilin sonu ilə müqayisədə 90 milyon manat, yəni 11% artım deməkdir.

Hesabat dövründə Bankın həm kredit, həm də əmanət portfeli böyüyüb.

İlin əvvəlindən "Yelo Bank"ın ümumi kredit portfeli 15% artaraq 715 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata görə Bankın əmanət portfelində də nəzərə çarpan artım var. Belə ki, Bankın depozit portfeli ilin əvvəli ilə müqayisədə 12% artaraq 642 milyon manata yüksəlib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et