“Yelo Bank” yeni vakansiya elan edir!! | Banco.az

“Yelo Bank” yeni vakansiya elan edir!!

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.  

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Gəncə filialının SME kreditlər üzrə mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Siz elektron poçtun “mövzu” yerinə “Gəncə filialının SME kreditlər üzrə mütəxəssisiqeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) training@yelo.az ünvanına göndərə bilərsiniz. 

Vəzifə öhdəlikləri:

  • Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması;
  • Biznes müştərilər üçün məhsul və xidmətlər üzrə kommersiya təklifinin hazırlanması;
  • Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi (Gəncə və ətraf rayonlarda);
  • Biznesin olduğu yerə məcburi baxış (tələb olunursa) keçirilməklə və maliyyə-təsərrüfat fəaliyyəti qiymətləndirilməklə potensial müştərilərin maliyyə-iqtisadi təhlilinin aparılması.

Tələblər:

  • Ali təhsil;
  • AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR MB-nin filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqqında bilik;
  • Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
  • Komanda ilə işləmək bacarığı;
  • Microsoft office, bank və digər xüsusi proqramlar haqqında bilik.

Biz Sizə nə təklif edirik:

Ən sərfəli kredit üçün müraciət et

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et