Yelo Bank tender elan edir | Banco.az

Yelo Bank tender elan edir

“Yelo Bank” ASC "Hyper-converged" bulud həllinin yaradılması məqsədilə açıq tender elan edir.

Texniki şərtlər və digər tələblər tenderdə iştirikanı təsdiqləyən şirkətlərə elektron məktub vasitəsilə göndəriləcək.

1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • - Qiymət təklifi
  • - İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • - Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • - Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər(Tender qalibi elan  olunduqdan sonra)
  • - Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (Lisenziyaları)
  • - Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (Lisenziyaları)
  1. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
  • Tender təklifləri 19 Fevral 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
  • Zərflərin hər küncü möhürlənməlidir.
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
  1. Ödəniş və digər şərtlər

-    Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.

-    Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.

-    Təklif qiyməti bütün vergilər daxil təsvir olunmalıdır.

-    Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

  1. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
  • Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
  • Ödəmə qabiliyyəti olmalı;
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
  • Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı
  1. Satınalan təşkilatın ünvanı

Bakı ş. Puşkin küçəsi 30, AZ1010

Əlaqələndirici şəxs:

1)Nigar Baxşiyeva

İnzibati və Təchizat departamentinin

Aparıcı mütəxəssisi

+99412 981 daxili 1902

+9455 4577616

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram