Yelo Bank maliyyə göstəricilərini açıqlayıb | Banco.az

Yelo Bank maliyyə göstəricilərini açıqlayıb

Yelo Bank bu ilin 3-cü rübünün maliyyə göstəricilərini açıqlayıb.

Bankın kredit və depozit portfelində artım olsa da, aktivləri və mənfəəti azalıb.

Aktivlərinin həcmi ötən ilin eyni rübü ilə müqayisədə 1,1%, yəni 5 milyon manat azalıb. Aktivlərdə azalma müşahidə olunmasına baxmayaraq, kredit portfelində 10,2% artım olub. Bankın nağd vəsaitləri isə 37,7% artaraq 15,7 milyon manat olub. Mərkəzi Bankda müxbir hesabların həcmi isə 16 dəfədən çox artıb. Bu göstəəricinin artması və banklararası bazarın qısamüddətli maliyyə alətlərinin olmaması isə bankın aktivlərinin azalmasına birbaşa təsir göstərən amillərdəndir.

Bankın depozit portfeli bir il ərzində 2,2% artaraq 280,7 milyon manata çatıb. Ümumilikdə isə bankın öhdəlikləri 6 milyon manat artaraq 388 milyon manat olub.

2019-cu ilin III rübü nə nəzərən bankın həm xüsusi kapitalı, həm də ümumi ehtiyatları azalıb. Nəticədə bankın ümumi kapitalı 17% azaldığı müşahidə olunur.

Bankın mənfəət və zərər hesabatına diqqət yetirdikdə isə bank bu rübü 23 milyon manat zərərlə başa vurub. Faiz və qeyri-faiz gəlirlərində azalma, xərclərdə isə artım nəzərə çarpır. 

Ən sərfəli kredit üçün müraciət et

Hazırki rübdə bankın faiz gəlirləri 41 milyon manat, qeyri faiz gəliri isə 2 milyon manatdır. Bu isə ötən ilin həmin rübü ilə müqayisədə uyğun olaraq 6,8% və 41% azalma deməkdir. Xalis faiz gəlirinə gəldikdə isə 6 milyon manat azalmaqla 26,4 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et