Yelo Bank-ın kredit portfeli 960 milyon manatı keçib | Banco.az

Yelo Bank-ın kredit portfeli 960 milyon manatı keçib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yelo Bank-ın xalis mənfəəti 2025-ci ilin birinci rübündə 11 milyon 199 min manat təşkil edib. 

Banco.az bankın maliyyə hesabatına istifadən xəbər verir ki, 2025-ci ilin birinci rübünün sonunda bankın cəmi aktivləri 1 milyard 260 milyon 888 min manat olub.

Hesabat dövründə bankın kredit portfeli böyüyüb. 2024-cü ilin sonu ilə müqayisədə Yelo Bank-ın ümumi kredit portfeli 25 milyon 187 min manat və ya 2,7% artaraq 960 milyon 276 min manat təşkil edib. 

Qeyd edək ki, 2025-ci ilin mart ayının sonuna Bankın əmanət portfeli isə 913 mln. 477 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram